Məşhur futbolçu həbs edilə bilər

Məşhur futbolçu həbs edilə bilər
14:47 10 Dekabr 2019
146 İdman
Ölkə mətbuatı
A- A+

Braziliya yığma komandasının sabiq hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Ona qarşı irəli sürülən ittihamlardan biri də 2018-ci ildə villasını narkotik alverçisinə satması olub. Buna görə braziliyalını həbs cəzası gözləyir.

Xatırladaq ki, karyerası ərzində Bastos "Feyenoord", "Lill" və "Lion", "Şalke" və "Roma" kimi klublarında oynayıb. Braziliyalı hücumçu karyerasını bu ilin payızında bitirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR