“Cavan oğlanlar, əgər qızın keçmişi əhəmiyyətlidirsə...”

“Cavan oğlanlar, əgər qızın keçmişi əhəmiyyətlidirsə...”
15:37 10 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Əziz gənclər, cavan oğlanlar, əgər sizin üçün ərə gedəcək qızın keçmişi əhəmiyyətlidirsə, tanış olduğunuz qızların gələcəyini məhv etməyin!"

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri son günlərin gündəmdən düşməyən müğənnisi Mina Hüseyn instaqramda yazıb. Yeni fotolarını paylaşan müğənni statusunda qızların həyatını məhv edən oğlanları tənqid edib.

Daha sonra Mina qeyd edib ki, kimisə məcburi şəkildə yaxşı etmək mümkün deyil:

"Bir insanı zorla keyfiyyətli edə bilməzsən, əlini çəkdikdən sonra yönəldiyi ucuz şəxsiyyətlər də bunun isbatıdır".

İddia olunur ki, Mina bu sözləri bu yaxınlarda ona xəyanət edən sevgilisinə ünvanlayıb. Ulduz verilişlərin birində sevgilisinin ona xəyanət etdiyini etiraf etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/809242.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR