Dövlət Sərhəd Xidmətində Heydər Əliyevin anım tədbirləri keçirildi

Dövlət Sərhəd Xidmətində Heydər Əliyevin anım tədbirləri keçirildi
17:18 10 Dekabr 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Publika.az-a daxil olan məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyev İdeoloji Mərkəzlərində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olub və büstü önünə gül dəstələri qoyub.

Dekabr ayının 10-da keçirilən tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açıb, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən bəhs ediblər.

Dahi öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR