Ruslan Əliyev: “Bu il üçün nəzərdə tutulan qazlaşma işlərinin əksəriyyəti tamamlanıb”

Ruslan Əliyev: “Bu il üçün nəzərdə tutulan qazlaşma işlərinin əksəriyyəti tamamlanıb”
17:22 10 Dekabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində rəhbər heyət, eləcə də struktura daxil olan departament, şöbə və idarələrin rəhbər işçilərinin iştirakı ilə növbəti geniş istehsalat müşavirəsi keçirilib.
“Azəriqaz”dan “Report”a verilən məlumata görə, Birliyin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, 2019-cu il üçün nəzərdə tutulan qazlaşma işlərinin əksəriyyəti tamamlanıb: “Ötən illə müqayisədə şikayətlərin sayında azalma müşahidə olunur. Lakin bununla yanaşı, bəzi problemli məsələlər qalmaqdadır ki, onların da aradan qaldırılması üçün operativ fəaliyyət təmin edilir. Həmçinin bütün struktur bölmələrin qarşısında qoyulan tapşırıqların həllinə dair gördükləri işlər qənaətbəxş hesab olunub”.
Bir daha rəhbər işçilərə abonentlərin üzləşdiyi hər hansı bir texniki problemin həllinin operativ həll olunması göstərişi verilib. R.Əliyev kollegiya iclasında müvafiq qurumlar, o cümlədən regional idarələrə qış mövsümünün başlanması ilə bağlı gündəlik qaza olan tələbatın dərhal tənzimlənməsi, abonentlərin qazdan təhlükəsiz istifadəsi haqda maarifləndirmə işlərinin aparılması, şikayətlərin vaxtında və operativ araşdırılması, sayğacların yoxlanışı prosesində abonentlərin iştirakının təmin olunması, yeni quraşdırılan sayğacların istifadəsi haqda abonentlərə ətraflı məlumatların verilməsi istiqamətində tapşırıqlar verib.
Qeyd edək ki, “Azəriqaz” İB-də bu cür istehsalat müşavirələrinin hər ay keçirilməsi nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/ruslan-eliyev-bu-il-ucun-nezerde-tutulan-qazlasma-islerinin-ekseriy

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR