Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi

Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi
19:05 10 Dekabr 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka Kazan şəhəri ətrafında bölgələrarası ekoloji prokurorluğuna rəhbər təyin edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Y.Çaykanın əmri ilə bu vəzifəyə 42 yaşlı ədliyyə müşaviri Denis Aleksandrov gətirilib.

O, vəzifəsinin icrasına başlamaq üçün Tatarıstan Prezidenti Rüstəm Minnixanova təqdim edilib.

Denis Aleksandrov Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1999-cu ildə Çuvaş Dövlət Universitetini bitirib, iki il sonra prokurorluğa daxil olub.

D.Alexsandrov bundan sonra Samara və Novoçeboksarskda prokuror müavini vəzifəsini icra edib. 2007-ci ildə o, prokuror vəzifəsini ən yaxşı icra edən şəxs seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/809378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR