Ukraynalı qapıçı Kamran Ağayevə meydan oxudu

Ukraynalı qapıçı Kamran Ağayevə meydan oxudu
21:57 16 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+

"İddialı, qarşısına böyük hədəflər qoyan bir kluba keçdiyim üçün şadam. Bilirəm ki, komanda Avropa Liqasına düşmək üçün mübarizə aparır. Mən də əvvəlki klubum “Çernomorets”lə bu yarışda çıxış etmişəm. Bunun necə xoş olduğunu bilirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni qapıçısı Dmitri Bezotosni deyib.


Klubun rəsmi saytına danışan ukraynalı qolkiper avrokuboklara vəsiqə qazanmaq istədiyini deyib: "Yeni komandamla da avrokuboklarda oynamaq istəyirəm. Bunun üçün komandama əlimdən gələn köməyi edəcəm. Baş məşqçimiz Roman Qriqorçuku da "Çernomorets"dən tanıyıram. Bilirəm ki, o da iddialı mütəxəssisdi".


Qapıçı yeni klubunda olan rəqabətdən, əsas heyətə düşmək üçün mübarizə aparacağından da danışıb: "Məşqçimiz mənə zəng vurub, dəvət edəndə götür-qoy etdim və razılaşdım. Komandada rəqabətin olması müsbət haldı. Mən də, digər qapıçılar da məşqlərdə çalışıb, özümüzü göstərəcəyik. Nəticə qazanmaq istəyən komandanın məşqçisi də daha güclü olan qapıçıya etimad göstərəcək. Mən də iddialıyam və əsas qapıçı olmaq üçün çalışacağam. Yalnız 6 aylıq anlaşmağımız isə qarşılıqlı razılıq əsasında oldu. Ola bilər ki, yayda anlaşmanı uzadaq."


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ukraynal-qapc-kamran-aayev-meydan-oxudu-t17522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR