''Uşağımı itirməyim, kədərlərim mənə hədiyyə oldu'' - Məşhur müğənni

''Uşağımı itirməyim, kədərlərim mənə hədiyyə oldu'' - Məşhur müğənni
19:32 10 Dekabr 2019
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyaca məşhur müğənni Beyons ana olmadan əvvəl itirdiyi körpəsi sayəsində həyatda daha dərin məna axtardığını etiraf edib.

Milli.Az ''ölkə.az''a istinadən xəbər verir ki, müğənni ilk uşağı dünyaya gəlmədən əvvəl itirdiyi körpəsi haqda ''Elle'' jurnalına müsahibə verib. Körpəsini itirməsinin ardından həyatdakı kədərlərin və itkilərin əslində bir hədiyyə olduğunu deyib.

Belə ki, o ''Həyat ehtiyac duyduğumu, bilmədiyim dərsləri mənə öyrədərkən həyatımda daha dərin mənalar axtarmağa başladım. Anladım ki, uşağımın anası olmadan əvvəl özümə analıq etməliyəm. Körpəmi itirdikdən sonra konsertlərə və mükafatlara fikir verməməyə başladım'' sözlərini deyib.

Qeyd edək ki, Beyonsun Blu İvy adlı bir qızı və Rumi, Sir adlı iki ekiz uşağı var. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR