Şirvanda yeni doğulan körpə ölüb

Şirvanda yeni doğulan körpə ölüb
20:12 10 Dekabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvanda yeni doğulan körpə ölüb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında qeydə alınıb. Kürdəmir rayon, Sığırlı kənd sakini Afət Mürşüdov polisə müraciət edərək yeni doğulmuş nəvəsinin xəstəxanada öldüyünü bildirib.

Aparılan ilkin araşdırmalar zamanı müəyyən edilib ki, Kürdəmir rayon Sığırlı kənd sakini Ramilə İdrisova dekabrın 6-da həmin xəstəxanada uşaq dünyaya gətirib. Ayın 9-da isə uşaq xəstəxanada ölüb. Lakin xəstəxana bu barədə polisə məlumat verməyib.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalara başlanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR