ABŞ-da baş vermiş atışmada bir polis əməkdaşı öldürülüb, daha biri yaralanıb

ABŞ-da baş vermiş atışmada bir polis əməkdaşı öldürülüb, daha biri yaralanıb
23:37 10 Dekabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da atışma olub.
“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib. 
Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-bas-vermis-atismada-polis-emekdasi-oldurulub-digeri-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR