Facebook-dan gözlənilən yenilik

Facebook-dan gözlənilən yenilik
21:57 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Qlobal internet şəbəkəsinin istifadəçilərinə onların Facebook şəbəkəsində likelarını ləğv etməyə imkan verən Facebook Unliker proqramı təqdim edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Unliker, ilk növbədə, artist, musiqiçi, əlavə proqramlar və s. kontentə bir neçə il bundan əvvəl like işarəsi qoyan istifadəçilər üçün nəzərdə tutulub.
 
Facebook Unlikerin səhifəsində login yaradan istifadəçi müxtəlif səhifələrdə qoyduğu like işarələrinin hamısını görə bilər və onların hansını saxlamaq istədiyini, hansını isə silmək istədiyini müəyyən edə bilər. Bununla istifadəçi operativ şəkildə səhifələrə, şəkillərə və statuslara qoyduğu likeları silə bilər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/319358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR