Los Anceles 2019: Volkswagen ID. Space Vizzion - FOTO

Los Anceles 2019: Volkswagen ID. Space Vizzion - FOTO
00:12 11 Dekabr 2019
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Los Ancelesdə keçirilən avtosalonda Volkswagen şirkəti konseptual ID. Space Vizzion universalını nümayiş etdirib. Eelktrik universalı dolu batareya ilə 600 km qət etmək iqtidarındadır. Modelin seriya variantı 2021-ci ildə işıq üzü görəcəkdir.

Los Ancelesdə nümayiş etdirilmiş avtomobil maksimal dərəcədə seriya variantına yaxındır. Məsələn, elektromobil kameralara deyil, ənənəvi güzgülərə sahibdir. Konseptin interyeri minimalizm üslubunda hazırlanıb. Ön paneldə ID.3 modelində olduğu kimi rəqəmsal cihazlar panelinin kiçik ekranı, mərkəzi konsolda isə 15,6-düymlük planşet yerləşir. Düymələrdən imtina edilməsi bütün funksiyaların idarə edilməsinin bu ekranda cəmləndiyinə işarə edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, universalın baqaj bölümü isə qeyri-adi üslubda tərtib edilib - burada skeytlərin bərkidilməsi üçün maqnitdən bərkitmə nöqtələri quraşdırılıb. Bu elementlərin seriya modelinə köçürüləcəyini gözləmək gərək deyil.

Konsept ID ailəsinin digər üzvü olan ID.3 hetçbeki kimi MEB platformasında inşa edilib. Güc qurğusunun tərkibinə bir neçə elektromotor daxildir. Elektromotorların ümumi hasilatı 340 at qüvvəsi təşkil edir. Onların qidalanmasına 82 kVs-lıq batareya cavabdehdir. Universal 100 km/saat həddinə 5,4 saniyəyə sürətlənir və dolu batareya ilə 590 km (WLTP) qət edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/805454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR