"Barselona"nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub

"Barselona"nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub
04:12 11 Dekabr 2019
134 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati Çempionlar Liqasının tarixinə ən gənc (17 yaş 40 gün) qol müəllifi kimi düşüb.
“Report” xəbər verir ki, bu barədə “Opta Sports” statistik xidmətinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsi bildirib.
Fati İtaliyanın "İnter" komandası ilə qarşılaşmada fərqlənib. On yeddi yaşlı futbolçu matçın 86-cı dəqiqəsində komandasının növbəti qolunu vurub. Hücumçunun Samir Xandanoviçin qapısına zərbəsi görüşün taleyini həll edib.
Bununla "Barselona" 2:1 hesabı ilə qələbə qazanıb. "İnter" isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Çempionlar Liqası tarixində əvvəlki rekord Piter Ofori-Kuayeyə məxsusdur. O, bundan əvvəl ÇL tarixinə ən gənc (17 yaş 195 gün) qol müəllifi kimi düşmüşdü. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-nin-hucumcusu-cl-tarixinde-en-genc-qol-muellifi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR