Boks üzrə Rusiya millisi dövlət bayrağı olmadan olimpiadaya getməkdən imtina edib

Boks üzrə Rusiya millisi dövlət bayrağı olmadan olimpiadaya getməkdən imtina edib
09:42 11 Dekabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Boks üzrə Rusiya milli komandası dövlət bayrağı olmadan Tokio-2020 Yay Olimpiya Oyunlarında yollanmaqdan imtina edib.
“Report”un məlumatına görə, bu barədə RİA "Novosti”yə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov bildirib.
Qeyd edək ki, dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıması ilə bağlı qərar çıxarıb. Səbəb kimi Rusiya Antidopinq Agentliyinin (RUSADA) Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. Bununla belə, Rusiya idmançılarının olimpiadada neytral statusda çıxış etmələrinə icazə verilib.
Cəza Tokio-2020 Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatının final mərhələsinə də şamil edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/boks-uzre-rusiya-millisi-dovlet-bayragi-olmadan-olimpiadaya-getmekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR