Şəmkirdə itlər sərhəd naryadına hücum etdi, yaralanan var

Şəmkirdə itlər sərhəd naryadına hücum etdi, yaralanan var
09:52 11 Dekabr 2019
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin "Cey­rançöl" adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub.

Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb.

Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım gös­tə­rilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Ha­zırda səhhəti qənaətbəxşdir.

Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR