Qəzada ölən tələbələrin kimliyi məlum olub (FOTO)

Qəzada ölən tələbələrin kimliyi məlum olub (FOTO)
10:22 11 Dekabr 2019
94 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən axşam Bakıda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, Binəqədi rayonunda baş verən qəzada ölən şəxslər 11-ci sinif şagirdləri Tural və Dilarədir. Hadisə baş verən vaxt şagirdlər ali məktəbə hazırlıq dərsindən evlərinə gedirmiş.

Xatırladaq ki, ötən axşam Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük avtomobili sola dönərkən iki piyadanın üzərindən keçib.

Hadisə nəticəsində hər iki şəxs aldıqları xəsarətlərdən dünyasını dəyişiblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3161995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR