Hərbi hissənin bazasına silahlı hücum: 50 yaralı var

Hərbi hissənin bazasına silahlı hücum: 50 yaralı var
11:43 11 Dekabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Bəhram hərbi hava bazası yaxınlığında bomba partladılıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 50 nəfər yaralanıb.

Ətrafdakı yaşayış məntəqələrinə ciddi ziyan dəyib.

Pərvan vilayətinin tabeliyində olan Bəhram ilçəsinin bələdiyyə sədri Əbdül Şükür Qüddusi verdiyi açıqlamada hadisəni törədən şəxsin bazanın yaxınlığındakı səhiyyə məntəqəsini hədəf aldığını deyib.

Hadisə şahidləri isə partlayışdan sonra silah səslərinin eşidildiyini bildirib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Bəhram hərbi hava bazasında ABŞ qoşunları yerləşdirilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/298765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR