Yevlaxda xəstəxana YANDI - Xəstələr təxliyə olundu

Yevlaxda xəstəxana YANDI - Xəstələr təxliyə olundu
12:03 11 Dekabr 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlaxda xəstəxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/298772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR