Astarada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Astarada 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
22:03 16 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov 25 il əvvəl sovet imperiya ordusunun Bakıda törətdiyi qanlı cinayətləri xatırladaraq qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirib.
Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova mövzu ilə bağlı məruzə edib.
Tədbirdə çıxış edənlər öz qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük ehtiramla anıldığını bildiriblər.
Məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlərdən parçalar səsləndiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarada_20_Yanvar_sehidlerinin_xatiresi_yad_olunub-825451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR