Aİ Qarabağın həllində iştirak edə bilməz - Politoloq

Aİ Qarabağın həllində iştirak edə bilməz - Politoloq
13:58 11 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəf deyil. Lakin onların problemin tənzimlənməsi ilə bağlı müəyyən mexanizmləri mövcuddur.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əsas məsələ Aİ-nin və bu quruma üzv olan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsidir: "Bildiyiniz kimi Avropa Komissiyası yenidən formalaşdırılmaqdadır. Lakin komissiyanın son sədri Donald Tusk Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı Avropa Komissiyası işğalçı ölkənin qondarma Dağlıq Qarabağda keçiriləcək "seçkiləri", Ermənistanın baş naziri Nikol Paşinyanın avqust ayında səsləndirdiyi bəyanatı pisləyir".

Şəfiyev bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv iştirak edə bilməz, çünki problemin həlli ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğuldur:

"Avropa Komissiyası da münaqişənin həllində öz fəal rolunu görmür. Onlar sadəcə müəyyən layihələrə dəstək verilə bilər. Əsas odur ki, Avropa İttifaqı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində bizi dəstəkləyir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/298784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR