Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)

Rahilə Hüseynovadan Avropa birinciliyində iki medal (FOTO)
14:01 11 Dekabr 2019
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

7-14 dekabr tarixlərində İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Trend-in məlumatına görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Oktay Muxtarovun rəhbərliyi altında çıxış edən Azərbaycan yığmasının üzvləri də var.

Yaşı 15-ə qədər olan atletlərdə 76 kq çəki dərəcəsində Rahilə Hüseynova qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 75 kq nəticə ilə 4-cü yeri tutub.

Rahilə təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 97 kq-ın öhdəsindən gələrək bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.

Toplam 172 kq (75+97) nəticə ilə yekun sıralamada 3-cü yerə çıxaraq bürünc medala layiq görülüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3162160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR