Bolqarıstan IGB tikintisini TAP-la eyni zamanda bitirmək niyyətindədir

Bolqarıstan IGB tikintisini TAP-la eyni zamanda bitirmək niyyətindədir
15:37 11 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi 2020-ci ilin sonunadək başa çatacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Energetika naziri Temenujka Petkova deyib.

Nazir bildirib ki, bununla da "Bulgargaz" şirkəti ilə SOCAR arasında "Şahdəniz" yatağından Bolqarıstana bir milyard kubmetr qazın tədarükü ilə bağlı saziş icra olunacaq:

"Biz Yunanıstanla interkonnektorun tikintisini başa çatdırmalıyıq ki, 2020-cilin sonundan Xəzər regionundan həmin həcmdə qazı əldə edə bilək".

Qeyd edək ki, IGB Trans-Adriatik boru kəməri ilə birləşdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/809710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR