Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib (FOTO)

Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib (FOTO)
16:22 11 Dekabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 11-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. G.Baxşəliyeva ulu öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib: “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu".

G.Baxşəliyeva Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. İnstitutun rəhbəri bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Gövhər Baxşəliyeva ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin əziz və işıqlı xatirəsinin qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Tədbirdə çıxış edən institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadə, Din və İctimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənova, Ərəb filologiyası şöbəsinin müdiri, fil.ü.e.d. Vilayət Cəfərov, İran filologiyası şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Şəmsi Əhmədov və başqaları Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs ediblər və bildiriblər ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, elmin inkişafında da ulu öndərin xidmətləri heç zaman unudulmayacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3162298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR