2 saylı texniki-hümanitar liseyin kollektivi Ümummilli Liderin məzarını ziyarət etdi - FOTO

2 saylı texniki-hümanitar liseyin kollektivi Ümummilli Liderin məzarını ziyarət etdi - FOTO
17:47 11 Dekabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı 2 saylı texniki-hümanitar liseyin müəllim və şagird kollektivi Fəxri Xiyabanda olublar.

Ümummilli Lider Heydər Əliyevin anim günü ölkəmizin hər yerində geniş qeyd edilməkdədir. Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirən ayrı-ayrı kollektivlər Fəxri Xiyabanı ziyarət edərək, öz ehtiramlarını bildirməkdədirlər. Bu gün Bakı şəhəri Səbael rayonunda yerləşən H.B.Mahbudbəyov adına 2 saylı texniki hümanitar liseyin rəhbərliyi, müəllim və şagird kollektivi də Fəxri Xiyabana gələrək Ümummilli Liderin məzarına əklil və gül dəstələri qoyaraq, Heydər Əliyev ruhunun qarşısında öz ehtiramlarını bildiriblər.

2 saylı texniki hümanitar liseyin direktor müavini, təhsil eksperti, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə xanım Şixəliyevanın redaksiyamıza verdiyi məlumata görə, şagirdlərə Dahi Öndər Heydər Əliyevin keçdiyi siyasi yol, Azərbaycanın müstəqil dövlətimizin qurulmasında və inkişafında Heydər Əliyevin tarixi xidmətləri haqqında bilgi verilmiş, onlara Ümummilli Liderin ideyalarını mənimsəmələri tövsiyyə edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/809755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR