Məşqçilər Komitəsindən "Qəbələ"yə ziyarət

Məşqçilər Komitəsindən "Qəbələ"yə ziyarət
22:07 16 Yanvar 2015
128 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin hazırlıqları ilə daha yaxından tanış olmaq üçün komandanın düşərgəsində olub. Fanat.az xəbəe verir ki, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov baş məşqçi Roman Qriqorçuk, klubun baş meneceri Zaur Əzizov və komandanın rəisi Səbuhi Səfiyarlı ilə görüşüb. 

Görüş zamanı Ukrayna və Azərbaycan futbolunun müqayisəsi, onların Avropa futbolunda tutduğu yer və aparılan işlərin nisbəti barədə fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları gənc futbolçuların yetişdirilməsi və bunun futbolun inkişafı üçün vacibliyi ilə bağlı məsələyə də toxunublar. Bu fikirlər söylənildikdən sonra ortaq məxrəcə gəlinib ki, daha çox diqqət aşağı yaş qruplarından olan komandalara yönəldilməlidi.

Məşqçilər Komitəsinin üzvləri onu da qeyd ediblər ki, aşağı yaş qruplarından olan yığma komandalarda “Qəbələ” Futbol Akademiyasının üzvlərinin yer alması klubda bu istiqamətdə böyük işlərin aparılmasından xəbər verir.

Qriqorçuk da bildirib ki, məşqçilər korpusunun işinin əsas istiqamətlərindən biri akademiyada görülən işlərin nəticəsinin əsas komandada sərgi kimi nümayiş etdirilməsidi: “Çox istəyirik ki, yaxın zamanda nəticə göstərək. Belə şəraiti olan komanda mütləq liderlər sırasında, 1-ci pillədə qərarlaşmalıdı”.

Yığıncaqda legioner limiti məsələsinə də toxunulub. Qriqorçuk bildirib ki, limitin azaldılmasının futbolun və futbolçuların inkişafına faydalı olub-olmayacağını birmənalı şəkildə demək olmaz. Bunun ölkə futboluna bələd olan mütəxəssislər müzakirə edib, ortaq məxrəcə gəlməlidi. Ukraynalı mütəxəssis onu da əlavə edib ki, gənc futbolçuların bir çoxu böyük futboldakı tapşırıqları yerinə yetirmək iqtidarında deyil.

Görüşdə bunun aradan qaldırılması üçün müəyyən işlərin aparılması, Premyer Liqa klublarının səviyyəsinin artırılması, aşağı dəstədə oyun səviyyəsinin qaldırılması da müzakirə olunub. Qriqorçuk öz növbəsində qeyd edib ki, Azərbaycan futboluna hələ yaxından bələd olmadığından hər hansı fikir yürüdə bilməz. Lakin çempionatın startından sonra bu məsələlərin müzakirəsində daha yaxından iştirak edə bilər.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR