Bakıda 91 yaşlı qadının evinə basqın edildi

Bakıda 91 yaşlı qadının evinə basqın edildi
18:12 11 Dekabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşlı qadına qarşı quldurluq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Məmiyev Akif Yəhya oğlu, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 23, mənzil 17-də yaşayan tanışı, 1928-ci il təvəllüdlü Ofiserova Lidiya Vasiliyevnaya zor tətbiq edərək evdə olan pul və qızıl əşyalarını tələb edib.

L.Ofiserova ona qarşı müqavimət göstərdiyi üçün A.Məmiyev hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində A.Məmiyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/809765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR