“Azərpoçt” MMC mükafatlandırılıb

“Azərpoçt” MMC mükafatlandırılıb
18:35 11 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

“MasterCard” beynəlxalq ödəniş sisteminin təşəbbüsü ilə “Nağdsiz Azərbaycana doğru” şüarı altında “MasterCard Günü” keçirilib. Azərbaycanın Milli Poçt operatoru “Azərpoçt” “Debit MasterCard” məhsulu üzrə inkişaf dinamikasına görə ikinci yerə sahib olub və müvafiq sertifikatla təltif edilib.
 
Tədbirdə “Mastercard”ın Azərbaycan və Türkiyə nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən banklar, kart xidmət mərkəzləri, o cümlədən “Azərpoçt” MMC təmsil olunub.
 
Qeyd edək ki, 2012-ci ildən “Mastercard”a qoşulan “Azərpoçt” müxtəlif illərdə bu beynəlxalq ödəniş sisteminin bir neçə nominasiyasının qalibi olub.
 
Debit layihəsinin tətbiqi dövründə əsas hədəf müştərilərə yeni məhsulu düzgün təqdim etmək və həmin məhsulun bazarda kart istifadəçilərinə verdiyi imkanlardan yararlanmaq olub.
 
Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC bu günə qədər 260 mindən artıq kart emissiya edib.
 
Hazırda “Azərpoçt”un 65 ATM-i fəaliyyət göstərir.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64843-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR