Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb

Rusiyalı ekspert: Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb
18:43 11 Dekabr 2019
76 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Əlihüseyn Qulu-zadə - Trend:

Azərbaycan Cənubi Qafqazda vacib iştirakçı statusunu qazanıb və bunu beynəlxalq əhəmiyyətli vacib layihələrin reallaşdırılması təsdiq edir.

Bunu Trend-ə rusiyalı ekspert Andrey Kazantsev deyib.

O bildirib ki, mühüm layihələrdən biri TANAP-dır və bu layihə vasitəsilə Azərbaycan Türkiyənin təbii qaz bazarına tədarük marşrutlarını şaxələndirəcək:

“Öz növbəsində Türkiyə TANAP vasitəsilə tədarükçüləri şaxələndirəcək. Digər tərəfdən TANAP ticarətin inkişafı və bu layihədə iştirak edən ölkələrin regional inteqrasiyası kontekstində vacibdir. Azərbaycan öz üstünlüklərindən istifadə etmək üçün mövcud siyasi və geosiyasi vəziyyətdə çox iş görür. Üstünlük deyərkən, ilk növbədə nəqliyyat layihələrinin reallaşdırılması üçün optimal imkanların yaradılması, o cümlədən regionda biznes layihələrin təhlükəsizliyi və investisiya mühiti üçün əlverişli şəraitin təmin olunması nəzərdə tutulur. Əlbəttə ki, Türkiyə TANAP-ın inkişafında öz ərazisindən Avropa İttifaqı ilə ticarətin genişlənməsi baxımından maraqlıdır”.


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/commentary/3162341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR