Ali Radadakı davaya görə cinayət işi açıldı

Ali Radadakı davaya görə cinayət işi açıldı
21:12 11 Dekabr 2019
127 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasında deputatlar arasında baş vermiş davaya görə cinayət işi açılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Kiyev polisinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, insident "hüquqi və ya ictimai şəxsə qarşı zorakılıq və ya təhdid" kimi dəyərləndirilib. Qeyd olunan ittiham üzrə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

Qeyd edək ki, deputatlar arasında yaranan dava zamanı millət vəkili Andrey Boqdanets beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Ali Radada dava "Xalqın xidmətçisi" fraksiyasından deputat Andrey Boqdanetslə "Azadlıq" Ümumukrayna Birliyinin üzvləri arasında aqrosiyasət məsələlərinin müzakirəsi zamanı baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/809775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR