Aysel evlənmək istəyir

Aysel evlənmək istəyir
21:32 11 Dekabr 2019
220 Şou
Ölkə mətbuatı
A- A+

"Ailə qurmağı düşünürəm, bu bütün qadınların arzusudur. Ailə qurmaqdan gözəl nə var ki? Sənət, biznes, vəzifə bu gün var, sabah yoxdur, amma ailə, övladlar onlardan daha önəmlidir".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə "Show News" verilişində deyib.

İfaçı ailə qurmaq arzusunda olduğunu bildirib:

"O gün olsun ki, bu il toyum olsun, hər kəsi dəvət edim. Bəlkə də həmin insan var, bəlkə də yoxdur, bəlkə də tanış olacam hələ bilmirəm. Əsas odur imanlı, vicdanlı və insan olsun. Önəmli xarakterlər onlardır. Hələ ki, qəlbimin elə bir sakini yoxdur. Elə bir insanam ki, mənə şərt qoymağa ehtiyac yoxdur. Gələcəkdə ailəm müğənni olmağımı istəməzsə onunla razılaşaram, uşaqlarımın gələcək atasından önəmli heç kim ola bilməz.

Oğlan övladları böyütmək çətindi, amma qız övladı olmaq arzulayıram, kaş bir oğlum, iki qızım olsun. Filmə baxıram, filmdə Lila obrazı var, düşünürəm ki, yaxşı addır, gələcəkdə bu adı qızıma qoyaram. Sonra düşünürəm ki, bilmək olmaz gələcəyi, bəlkə qayınanamın adını qoydum. Qayınanam nəyəsə qara desə, oturub düşünərəm, razılaşaram onunla, başqa çarə yoxdu. Gələcəkdə qayınanamla da yaşayaram, ana əvəzidir də, niyə ona qayınana kimi baxırlar ki?".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/809780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR