Göyərtəsində qız uşağı dünyaya gəldiyindən təyyarə məcburi eniş edib

Göyərtəsində qız uşağı dünyaya gəldiyindən təyyarə məcburi eniş edib
22:05 11 Dekabr 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Brazilyanın San-Paul şəhərindən Çilinin paytaxtı Santyaqo şəhərinə uçan təyyarənin göyərtəsində qız uşağı dünyaya gəlib.

Milli.Az xəbər verir ki, Çili vətəndaşı olan cütlük Rio-de-Janeyrodan məzuniyyətdən vətənlərinə qayıdarkən, qadın təyyarənin göyərtəsində övladını dünyaya gətirib. Hamiləliyin 9-cu ayı olsa da. Həkim qadının hamiləliyinin 9-cu ayı olmasına baxmayaraq, ona uçuşu icazə kağızı verib.

Təyyarə havaya qalxdıqdan sonra hamilə qaıdnın ağrıları başlayıb. Xoşbəxtlikdən təyyarədə iki həkim və tibb bacısı olduğundan qadına doğuşda yardım ediblər. Doğuş uğurla həyata keçirildiyindən sərnişinlər körpəni alqışlayıblar. Körpənin dünyaya gəlməsi ilə əlaqədar olaraq təyyarə Brazilyanın Portu-Aleqri şəhərindəki hava limanına məcburi eniş edib. Hava limaninda ana və yenidoğulan uşaq həkimlərə təhvil verilib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR