“Instagram”da nasazlıq yaranıb

“Instagram”da nasazlıq yaranıb
04:47 12 Dekabr 2019
128 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.
”Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.
Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Avropanın, həmçinin Latın Amerikasının bəzi ölkələrinin sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Rusiyada da sosial şəbəkə istifadəçiləri nasazlıqların olduğunu bildiriblər.
Xidmətin məlumatına görə, istifadəçilərin bir qismi (təxminən 57 faiz) xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər. İstifadəçilərin bəziləri isə (20%) öz hesablarına daxil ola bilməyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/instagram-da-nasazliq-yaranibxdbdb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR