ABŞ Əfqanıstandakı hərbi kontingentinin sayının azaldilması ehtimalını nəzərdən keçırir

ABŞ Əfqanıstandakı hərbi kontingentinin sayının azaldilması ehtimalını nəzərdən keçırir
06:50 12 Dekabr 2019
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Pentaqon Əfqanıstandakı hərbi kontingentinin sayının azaldilması ehtimalını nəzərdən keçırir.

Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Birgə Baş Qərargah Rəislərinin sədri Mark Milli deyib.

Bu barədə danışarkən general bildirib: "Bizim çox variantımız var, buda onlardan biridi".

Dinləmələrdə iştirak edən Mark Esper bu açığlamanı təsdiqləyib.

M.Milli konqresmenlərə daha detallı planlardan, ictimaiyyət və mətbuat üçün qapalı bir mühitdə bəhs etməyə hazır olduğunu söyləyib.

Hal hazırda 13 min ABŞ əsgəri Əfqanıstandadır, əksəriyyəti NATO missiyasının tərkibindədir və 5 minə yaxın hərbiçi isə əks-terror əməliyyatları ilə məşğuldur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3162531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR