Ağacdan fiber-optik kabel hazırlanıb

Ağacdan fiber-optik kabel hazırlanıb
08:32 12 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

İnformasiyanın sürətli ötürülməsi məqsədilə istifadə olunan müasir metal fiber-optik kabellər şüşə və plastikdən hazırlanır. Bu, böyük məsafələrə ötürülmə zamanı məlumat itkisini azaltmağa imkan verir. Ancaq finlandiyalı tədqiqatçılar ağacdan alternativ fiber-optik kabellər hazırlamağa müvəffəq olublar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, alimlər tərəfindən belə texnologiyanın hazırlanmasına əsas səbəb ətraf mühitin qorunmasıdır. Ağac liflərdən hazırlanmış kabel bahalı utilizasiya tələb etmir, çünki qısa müddətdə öz-özünə parçalanmaq qabiliyyətinə malikdir.

Olduqca az sayda səhvlərdən ibarət məlumatın ötürülməsi üçün liflərin şəffaf olması və daxili divarlardan işıq impulslarını əks etdirmək qabiliyyətinə malik olması tələb olunur. Belə proses tam daxili əksetmə adlanır və adətən ağaca xas deyil. Sınaqlar zamanı Finlandiyada VTT Texniki Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ağac sellüloz əsasında xüsusi material hazırlayıblar. Məhz bu materialdan istifadə düz taxta kabellərdən şəbəkə qurmağa imkan verib.

Alimlərin fikrincə, onlar tərəfindən hazırlanmış material hələ kommersiya istifadəsinə hazır deyil, çünki onun xüsusiyyətləri hələ ki ənənəvi fiber-optik kabellərdən zəifdir. Tədqiqatlar davam edir, hələ ki yenilikdən taxta konstruksiyalar üçün rütubət datçiki kimi istifadə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR