Bakıda gənc oğlan döyülərək , kəllə-beyin travması alıb

Bakıda gənc oğlan döyülərək , kəllə-beyin travması alıb
08:32 12 Dekabr 2019
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Xətai rayonunda döyülmə faktı baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 23 yaşlı Həsənov Kənan Nizami oğlu naməlum şəxslə mübahisə zəmnində döyülərək ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, K.Həsənovun başına daşla zərbə endirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/809807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR