Düyməli mobil telefonlardan smartfonlara keçid kəllə-beyin travmalarının sayını artırıb

Düyməli mobil telefonlardan smartfonlara keçid kəllə-beyin travmalarının sayını artırıb
08:42 12 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Smartfonların gündəlik həyata daxil olmağa başladığı 2000-ci ilin sonlarından mobil telefonlardan istifadə ilə bağlı kəllə-beyin və boyun travmalarının sayı kəskin artıb. Bu barədə ABŞ tədqiqatçılarının "JAMA Otolaryngology - Head & Neck Surgery" elmi jurnalında dərc edilən məqaləsində deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfondan istifadə bəzən insanların diqqətini o qədər cəlb edir ki, onlar ətrafda baş verən hadisələrə fikir vermirlər. Müxtəlif növ travmaların məhz bununla əlaqədar olması hesab edilir. ABŞ həkimləri bunun həqiqətən belə olub-olmamasını aydınlaşdırmaq qərarına gəliblər.

Onlar tərəfindən istehlak elektronikası ilə əlaqədar zədələr haqqında informasiyanın toplandığı "NEISS" məlumat bazası analiz olunub. Alimlər 1998-2017-ci illərdə amerikalıların mobil telefonlardan istifadə zamanı aldıqları travmalar ilə bağlı informasiyadan istifadə ediblər. Ümumilikdə onlar bilavasitə mobil telefon ilə əlaqədar 2 min hadisəni tədqiq ediblər.

Təhlilin nəticələrinə görə, 2000-ci illərin sonunadək travmaların sayı müntəzəm artıb, lakin 2009-cu ildən etibarən artım tempində kəskin artım müşahidə olunmağa başlayıb. İlk artım piki alimlər tərəfindən 2007-ci ildə qeydə alınıb. Onlar bunu "Apple" şirkəti tərəfindən ilk kütləvi smartfon - "iPhone" modelinin buraxılışı ilə izah edirlər.

Alimlərin fikrincə, sonrakı illərdə smartfonlarla bağlı travmaların sayı tədricən bazardan düyməli telefonları sıxışdıran müxtəlif qurğuların yaranması ilə əlaqədar artmağa başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/809327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR