Emin Ağalarov Azərbaycanı “Eurovision”da təmsil edəcək? - VİDEO

Emin Ağalarov Azərbaycanı “Eurovision”da təmsil edəcək? - VİDEO
10:38 12 Dekabr 2019
171 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan mənşəli ulduzların Rusiya musiqi sənayesində “at oynatdığı” bir vaxtda İctimai Televiziya və Radio Yayımları Şirkəti Leyla Quliyevanın başçılığı altında ölkəmizin “Eurovision 2020” mahnı müsabiqəsindəki təmsilçisinin axtarışındadır.

Təkcə Rusiya deyil, həmçinin post-sovet ölkələrinin musiqi çarxlarını darmadağın edən, musiqi mükafatlandırma mərasimlərində mükafatları bir-bir toplayan azərbaycanlı ifaçılar İctimai Televiziyanın da maraq dairəsinə daxil ola bilib.

Publika.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsi “Infe Azerbaijan” məlumat yayıb. Bildirilib ki, Rusiyada yaşayan azərbaycanlı müğənnilər Rauf və Faiq əkiz qardaşları, tanınmış müğənni və bəstəkar Emin Ağalarov, müğənni Bəxtiyar Məmmədov, həmçinin Jah Khalib də namizədlər siyahısına daxildir.

Qeyd edək ki, Rauf və Faiq əkiz qardaşları ötən il də ölkə təmsilçiliyi üçün namizəd kimi göstərilmişdi. 1999-cu ildə Rusiyanın İjevsk şəhərində anadan olmuş əkizlərin babası Bakıda opera ifaçısı kimi faəliyyət göstərib.

Dörd yarım oktavaya sahib qardaşların ən məşhur mahnılarının – “Uşaqlıq” audio yazısı “yotube”da nə az, nə çox 205 milyon dəfə izlənilib.

Qeyd-şərtsiz Azərbaycan tamaşaçısına Rusiyada fəaliyyət göstərən Azərbaycan mənşəli ulduzlar arasında ən çox tanınanı Emin Ağalarovdur. Bəstəkar, müğənni, biznesmen Emin Ağalarov musiqi karyerasına 2006-cı ildə “Still” adlı albomu çıxarmaqla başlayıb. Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüş Emin, Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsində “interval akt” zamanı səhnə alıb.

1993-cü ildə Almatıda anadan olmuş Bəxtiyar Məmmədovun (səhnə adı Jah Khalib) adı da çox hallanan ifaçılardandır. Atası azərbaycanlı, anası isə qazax olan ifaçı, treklərinin sosial şəbəkələrdə yayılması sayəsində məşhurluq əldə edib. 2017-ci ilin iyununda “İlin sıçrayışı” nominasiyasında “Muz-TV” mükafatının laureatı olub.

Növbəti adı daha çox hallanan ifaçı isə 1988-ci il Moskvada dünyaya gəlmiş Azərbaycan əsilli rusiyalı repçi Bəxtiyar Əliyevdir.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/298860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR