Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı

Bakıda kirayənişin 43 yaşlı kişini ürəyindən bıçaqladı
10:47 12 Dekabr 2019
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib.

Hadisə qısqanclıq zəminində baş verib.

Yaralı xəstəxanaya çatdırılıb. H.Abdinov hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda hadisənin törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/809839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR