Bakıda 43 yaşlı kişini ürəyindən vurdular

Bakıda 43 yaşlı kişini ürəyindən vurdular
10:48 12 Dekabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Abdinov Həmid İntiqam oğlu Xəzər rayonu, Qala qəsəbəsində kirayədə yaşadığı nömrəsiz evin həyətində 1976-cı il təvəllüdlü Ağalarov Əli Mirqubad oğluna sol döş qəfəsi və bel nayihəsindən 2 bıçaq zərbəsi endirib.

Hadisə qısqanclıq zəminində baş verib.

Yaralı xəstəxanaya çatdırılıb. H.Abdinov hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda hadisənin törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.(Trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/298861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR