Gürcüstandan Ermənistana tüfəng keçirilməsinin qarşısı alınıb

Gürcüstandan Ermənistana tüfəng keçirilməsinin qarşısı alınıb
10:52 12 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstandan Ermənistana 6 ədəd pnevmatik tüfəng keçirmək istəyən şəxs saxlanılıb.
“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Dövlət Gəlirlər Komitəsinin mətbuat xidməti yayıb.
Gürcüstandan Ermənistana keçmək istəyən avtomobilə Baqrataşen gömrük məntəqəsində baxış zaman tüfəng aşkarlanıb. Tüfənglərin Ermənistan vətəndaşına məxsus olduğu müəyyənləşdirilib. 
Gömrük qaydalarının pozulması haqqında akt tərtib edilib. Tüfənglər gömrüyün anbarında saxlanılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustandan-ermenistana-tufeng-kecirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR