Bakıda "KamAZ"ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan FAKTLAR

Bakıda "KamAZ"ın təkərləri altında can verən şagirdlərlə bağlı ürək dağlayan FAKTLAR
10:53 12 Dekabr 2019
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik.

“KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Onlar barədə bəzi məlumatları əldə etmişik.

Tural Mustafa oğlu Cabbarlı Biləcəri qəsəbəsində yerləşən Seymur Məmmədov adına 301 saylı tam orta məktəbin 11-ci sinifində təhsil alırdı.

Məktəbin direktor müavini Təranə Paşayeva bildirib ki, Tural Cabbarlı nümunəvi şəgirdlərdən olub.

“O, həm dərslərini yaxşı oxuyurdu, həm də nizamlı şagirdlərimizdən idi. Davranış qaydalarında da nümunəvi idi. Dərslərini də yaxşı oxuyurdu.

Hadisədən çox kədərlənmişik. İndi də özümə gələ bilmirəm, sanki yuxudayam, inanmağım gəlmir”, - deyə Təranə Paşayeva bildirib.

Tural Cabbarlı ailənin ikinci övladı olub. Ondan böyük qardaşı xaricdə təhsil alır.

Qeyd edək ki, Dilarə Bəxtiyar qızı Sultanlı Füzuli rayon 48 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, bu məktəbə 10-cu sinifdən daxil olub.

Əvvəllər isə Biləcəri qəsəbəsində yerləşən 314 nömrəli tam orta məktəbdə təhsil alıb.

Məktəbin direktoru Nadir Əliyev açıqlamasında bildirib ki, Dilarə Sultanlı oxuduğu dövrdə çox bacarıqlı şagirdlərdən olub. Həm dərslərində, həm də nizam-intizamda nəticələri əla olub.

Dilarə Sultanlının hazırda təhsil aldığı 48 nömrəli tam orta məktəbdən də onun barəsində xoş sözlər söylədilər. Bildirildi ki, Dilarə Sultanlı çox yaxşı şagird olub. Dərslərində bacarıqlı olub, nizam-intizamlı şagirdlərdən olub.

Qeyd edək ki, Dilarə Sultanlı ailənin yeganə övladı olub.(Baku.ws)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/298863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR