ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi

ABŞ qadağan olunmuş “İskəndər”in analoqunu sınaqdan keçirdi
11:05 12 Dekabr 2019
115 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Mexikoda "Ağ qum" təlim poliqonunda  ABŞ ordusu üçün yeni "Precision Strike" (PrSM) "Yer-Yer" raketinin ilk sınaq uçuşları keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Lockheed Martin" şirkəti xəbər yayıb.

Silah ABŞ tərəfinin "Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilə" ilə qadağan olunmuş saydıqları Rusiyanın "İskəndər" kompleksinin analoqudur.

ABŞ korporasiyası qeyd edib ki, buraxılış "High Mobility Artillery Rocket System" (HIMARS) qurğusu ilə 240 kilometr məsafə üçün keçirilib. Testlər zamanı, xüsusən uçuş yolu və hədəfə vurulma dəqiqliyi izlənilib.

"Defense News"un məlumatına görə, hazırda PrSM-in maksimal məsafəsi 499 kilometrə bərabərdir, lakin ABŞ və Rusiya raketlərin ləğvinə dair sözügedən müqavilədə məsuliyyət daşımadıqları üçün bu rəqəm 550 kilometrə çatdırıla bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/809849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR