Natiq Məmmədov: Xalqımız fəxr edə bilər ki...

Natiq Məmmədov: Xalqımız fəxr edə bilər ki...
12:28 12 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

"Xalqımız fəxr edə bilər ki, Heydər Əliyev qədər böyük bir şəxsiyyəti bəşəriyyətə bəxş edib".

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti Aparat rəhbərinin müavini Natiq Məmmədov deyib.

"Bir cümlə ilə ifadə etsək, Azərbaycan, dövlətçilik maşınının sınıb dağılmış bir vəziyyətdən saz vəziyyətə gətirilib relsin üzərinə qoymaq qədər bir uğurlu yol keçib. Daxildə qüvvələr bir-biri ilə mübarizə aparırdı, o cümlədən xarici düşmənlər öz işində idi, inam itmiş vəziyyətdə idi. Mən o zaman başa düşdüm ki, dəstək gözləmək bəzən xülyadan başqa bir şey deyil. Ümummilli liderimiz həmin dövrdə Azərbaycan xalqına özünəinamı qaytardı. Bizi öz dövlətimizə inanmaq qədər yüksəltdi, ümid verdi. Bu gün keçilməz yollardan keçib gələn dövlətçiliyin rahat günlərini yaşayırıq. Ümummilli liderin fəaliyyəti dövlətçilik tarixində çox ciddi araşdırma tələb edən və başqa xalqlar üçün böyük fayda verə biləcək bir həyat tərzidir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR