Bəylə gəlinin nikah salonunda qolları qandallandı

Bəylə gəlinin nikah salonunda qolları qandallandı
22:12 16 Yanvar 2015
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dostlar və qohumlar isə onları alqışlayıblar
Türkiyədə bəy və gəlin nikah salonunda qandallanıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu qəribə hadisə Van şəhərində baş verib. Cengiz Şensoy adlı polis məmuru və Bilge Başdinç adlı müəllimə arasında nikah bağlanıb.

Bəy və gəlin nikah salonuna qalxanların altından keçərək daxil olublar. Kəsilən nikahın ardından polis məmuru bəyin rəisi gəlinlə bəyi qandallayıb.

Bundan sonra gəlin və bəy dostları və qohumlarının alqışları ilə salonu tərk ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR