Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb

Sumqayıt sakininə qarşı soyğunçuluq edilib, 230 manatı aparılıb
12:47 12 Dekabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt sakininə qarşı soyğunçuluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da Kimyaçılar qəsəbə sakini M.Quliyevaya zor tətbiq edib içərisində 230 manat olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini R.Məhərrəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayit-sakinine-qarsi-soygunculuq-edilib-230-manati-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR