"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək

"Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verəcək
13:17 12 Dekabr 2019
107 İdman
Ölkə mətbuatı
A- A+

"Düdelanj" Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la bugünkü oyuna baş məşqçisiz çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın çalışdırıcısı Bertran Krassonun sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Görüşü tribunadan izləməli olacaq  belçikalı mütəxəssis matç zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək. O, komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.Bildirilir ki, UEFA qaydalarına görə, baş məşqçinin telefonla əlaqə saxlamasına icazə verilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:55-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809871.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR