Bakı sakininin avtomobilindən beşbarmaq götürülüb

Bakı sakininin avtomobilindən beşbarmaq götürülüb
13:17 12 Dekabr 2019
89 Digər
Ölkə mətbuatı
A- A+

Bakı sakininin avtomobilindən beşbarmaq aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xırdalan şəhər sakini A.Sadıqov və Bakı şəhər sakini N.Süleymanov saxlanılıb.
Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qramdan artıq marixuana və metamfetamin götürülüb.
Davam etdirilən tədbirlərlə N.Süleymanovun “Mercedes” markalı avtomobilindən isə 1 ədəd beşbarmaq aşkar edilərək götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakininin-avtomobilinden-besbarmaq-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR