3344 ölü, 7 min yaralı - BMT AYAĞA QALXDI

3344 ölü, 7 min yaralı - BMT AYAĞA QALXDI
14:43 12 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

BMT Donbas münaqişəsinin gedişatında 3344 dinc sakinin ölümü barədə məlumat yayıb.

Publika.az-ın məlumatına görə, BMT-nin Ukraynadakı insan hüquqları üzrə missiyasının rəhbəri Matilda Boqner brifinqdəki çıxışı zamanı Donbasda müharibənin başlamasından indiyədək 7 min insanın yaralandığını bildirib:

"Qurbanların sayı getdikcə artır. 2014-cü ilin apreli ilə müqayisədə böyük fərq var. Bu ilin əvvəlindən 15 noyabra kimi 26 dinc sakin həyatını itirib. 136 nəfər isə yaralanıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalma var. 2020-ci ildə müharibə qurbanlarının olmayacağına ümid etmək istərdim".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/298889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR