AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
22:13 16 Yanvar 2015
234 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzində (EİM) 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunan tədbir keçirilib.
EİM-dən AzərTAc-a bildiriblər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mərkəzin baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qeyd edib ki, artıq 20 Yanvar faciəsindən 25 il ötür. 20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin gün xalqımızın cəsur övladları azadlığımız, müstəqilliyimiz uğrunda mübarizəyə qalxdılar. Bu tarix xalqımızın faciəsi olmaqla yanaşı, Azərbaycanın müstəqillik tarixinin başlanğıcıdır.
A.Namazov vurğulayıb ki, 20 Yanvar günündə xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək faciəni törədənləri, o vaxtkı SSRİ rəhbərliyinin cinayətkar əməllərini pisləyib, onları bu faciənin səbəbkarı kimi ittiham edib. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra mühüm qərarlar verib. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə 20 Yanvar hadisələrinin canlı şahidləri - iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev, texnika elmləri üzrə fəlsəfə doktoru Mahir Muxtarov bildiriblər ki, qanlı hadisələrdən 25 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni hər zaman ürək ağrısı ilə xatırlayır, faciəni törədənlərə dərin nifrətini bildirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR