"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan

"Liverpul"la düşsək, onları məhv edəcəyik" - Zidan
17:22 12 Dekabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

"Bu qələbədən razıyıq. Görüşün əvvəlində çətinliklər oldu. Ancaq oyunçularıma oyuna uyğunlaşmaq üçün 10 və ya 15 dəqiqə lazım oldu. İkinci hissədə isə daha yaxşı oynadıq".

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Brügge" ilə oyundan (3:1) sonra deyib.

"Yoviçin az qol vurması mənim problemimdir. Onunla işləməyə davam etmək lazımdır. Bəli, ona çətindir. Çünki az oynayır. Amma Yoviç vəziyyəti başa düşür" - deyə o bildirib.

Fransalı mütəxəssis 1/8 finalda "Liverpul"la düşməkdən çəkinib-çəkinmədikləri ilə bağlı sualı belə cavablandırıb: "Əgər biz "Liverpul"la düşsək, onları məhv edəcəyik (gülür)".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/809935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR