UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib

UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib
17:47 12 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

UEFA-nın Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarı bəlli olub.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunun üçün yığmaya hər hansı bir cəza tətbiq etməyib.
Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. UEFA bundan sonra yığmaya qarşı intizam işi başlatdığını açıqlayıb. 
 AVR0-2020-nin əsas mərhələsində A qrupunda yer alan komanda iki matçını Bakıda keçirəcək.
İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-esger-salamina-gore-turkiye-millisine-ceza-vermeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR